Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinə videoekskursiyalar
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də fəaliyyətini xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir.
Muzeyin əməkdaşları tərəfindən silsilə videoekskursiyalar hazırlanıb. Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində hazırlanan videoekskursiyalarda bələdçilər tərəfindən muzeyin qiymətli eksponatları – əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri və ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə virtual ziyarətçilərə məlumatlar verilir.
Ədəbiyyatsevərlər, xaricdə yaşayan həmvətənlərimiz, eləcə də beynəlxalq qonaqlar üçün maraq kəsb edəcək videoturlarda ana dilimizdən əlavə, klassiklərimizin əsərlərinin ingilis, rus, fars və ərəb dillərində tərcümələrindən də hissələr səsləndirilib. Sözügedən videoekskursiyalarla muzeyin “Youtube” kanalında və saytında (nizamimuseum.az) tanış olmaq mümkündür.
Mədəniyyət.- 2020.- 6 may.- S.7.