Milli Kitabxananın fəaliyyəti müzakirə olunub

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 31 may tarixinədək uzadılması ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında qarşıdakı dövrdə fəaliyyətin təşkili məsələlərinə həsr olunan videokonfrans keçirilib.

 

Müdiriyyətin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda Milli Kitabxananın koronavirus pandemiyası ilə bağlı sosial təcrid dövründə fəaliyyəti təhlil edilibmay ayında görüləcək işlərin əsas istiqamətləri və bu fəaliyyətdə iştirak edə biləcək işçi kontingentinin tərkibi müzakirə olunub.

 

Direktor Kərim Tahirov kollektivin qarşısında duran vəzifələrlə bağlı iştirakçılara ətraflı məlumat verərək, əsas vəzifənin minimum sayda əməkdaşları işə cəlb etməklə Milli Kitabxananın işini lazımi səviyyədə qurmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

 

Sonda direktor bütün iştirakçıların qarşıdakı dövrdəki əmək fəaliyyətləri ilə bağlı suallarını virtual rejimdə cavablandırıb və onlara növbəti dövründə uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.7.