Qadınlar güllər” virtual sərgisi

 

Azərbaycan Dövlət Rəsm Qalereyası da karantin günlərində sosial şəbəkə hesabından maraqlı paylaşımlarını davam etdirir.

 

QalereyanınEvdə qal - qalib gəl!” layihəsi çərçivəsində mayın 5-də “Qadınlar gülləradlı virtual sərgi keçirilib. Sərgidə qalereyanın kolleksiyasından Azərbaycan rəssamlıq sənətində silinməz izlər qoyan Toğrul Nərimanbəyov, Güllü Mustafayeva, Xalidə Səfərova, Tələt Şıxəliyev, Altay Sadıqzadə, Qafar Seyfullayev, Mirnadir Zeynalov, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov başqalarının müxtəlif üslub texnikalarda işlədiyi natürmort portret janrında əsərləri onlayn nümayiş olunub.

 

QalereyanınFacebooksəhifəsində qurumun əməkdaşı Ziyarət CabbarovanınEpidemiya dövrlərində ərsəyə gələn əsərləradlı məqaləsi yayımlanıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.3.