Rəqs sənəti ilə bağlı ustad dərsi və mühazirə
BXA-nın “Biz varıq
və biz birlikdəyik” layihəsi davam edir
Xüsusi karantin rejimi günlərində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” layihəsi mühazirə, ustad dərsləri və digər təqdimatlarla davam edir.
BXA-nın Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və Baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lyudmila Həsənovanın ayrı-ayrılıqda təqdim etdikləri ustad dərs və mühazirədə klassik rəqsin bir çox incə məqamları açıqlanaraq əyani şəkildə nümayiş olunub.
Baş müəllim M.Almaszadənin ustad dərsi “Klassik rəqsdə 6 növ Port de Bras” mövzusu ətrafında qurulub. Nəzəri biliklərlə yanaşı BXA-nın Musiqi fənləri kafedrasının baş müəllimi, konsertmeyster Lalə Hüseynlinin müşayiəti ilə illüstrasiyalar verən M.Almaszadə gənc müəllim və tələbələrin rastlaşdığı mürəkkəb hərəkət və pozisiyaları nümayiş etdirib.
Professor L.Həsənovanın mühazirəsində isə
balet və klassik rəqsin
nəzəri və təcrübi bilik və
vərdişlərin təkmilləşdirilməsi, eləcə
də xüsusi karantin
dövründə ev şəraitində klassik rəqslə düzgün
məşğul olmaq və əməli nəticələr
əldə etmək üçün
müxtəlif fəndlərdən istifadə edilməsi
qaydaları açıqlanıb.
Mədəniyyət.- 2020.- 6 may.-
S.6.