“Sarı
gəlin”i onlayn ifa ediblər
Azərbaycanlı gənc bəstəkar İlahə İsrafilova və Qazaxıstanın
“Nomad” instrumental musiqi qrupu
bir araya gələrək “Sarı
gəlin” mahnısını
onlayn ifa ediblər.
Birgə virtual ifa təqdimatı Beynəlxalq Astana Universiteti
və Qazaxıstanın
#BİRGEMİZ xeyriyyə platformasının
dəstəyi ilə
#evdəqal kampaniyası
çərçivəsində reallaşıb.
Qeyd edək
ki, “Nomad” qrupunun rəhbəri Oljas Kurmanbek Qazaxıstanın tanınmış sənətçiləri
olan Kurmanbeklər ailəsinin nümayəndəsidir.
Mədəniyyət.- 2020.- 6 may.-
S.8.