Universitet kitabxanalarının fəaliyyətinə dair vebinar
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı
ilə “Pandemiya dövründə Azərbaycanda
universitet kitabxanalarının
fəaliyyəti” mövzusunda
onlayn vebinar keçirilib.
Vebinarda
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti, digər ali təhsil müəssisələrinin kitabxana
rəhbərləri və
mütəxəssisləri iştirak ediblər.
Vebinara moderatorluq edən UNEC Kitabxana-İnformasiya Mərkəzinin
direktoru Adilə Abdullayeva “Sosial təcrid şəraitində
UNEC-in onlayn informasiya-resurs
təminatı: mövcud
vəziyyət, imkanlar
və perspektivlər”
mövzusunda məruzə
ilə çıxış
edib.
Sonra digər
universitetlərin kitabxana
rəhbərlərinin məruzələri
dinlənilib. Sosial təcrid şəraitində
universitet kitabxanaları
arasında e-resurs mübadiləsinin təşkili
məqsədilə elektron
kitabxanalararası abonement
xidmətinin aktuallığı
qeyd olunub, ortaq elektron resurslar yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Mədəniyyət.- 2020.- 6 may.-
S.4.