Antraktsız virtual səhnələrdə

 

 

Pandemiyasözünün dilimizi döyənək etdiyi bu günlərdə ona müqavimətimiz də asan olmadı. Sosial məsafə anlayışından sadə vərdişlərimizdən imtina məcburiyyətinədək bu qısa zamanda çox şeyi öyrəndik. Nə etməli?

 

Vacib olan yaşamaq, həm də sağlam yaşamaqdı. Maddi tələbatlarımızla yanaşı, mənəvi ehtiyaclarımıza da əl gəzdirdi bu COVİD-19. O cümlədən teatrkonsert zallarını, muzey və sərgi salonlarını mütəmadi ziyarət edən sənətsevər üçün lap çətin oldu. Təbii ki, bütün dünyada olduğu kimi bizdə də insanların bu estetik tələbatı ödənməyə çalışıldı. Bunun nə dərəcədə effektiv olduğuna toxunmasaq belə, ən azı nəticə göz qabağındadır.

 

Artıq heç teatral sayılmayan insanlar da asanlıqla pərdəsi evlərinə açılan – kompüter monitorlarında, telefon ekranlarında rahatlıqla izləyəcəkləri teatr səhnələrinə göz ata bilirlər. Bu ekstremal durumdan istifadə edənlər, sosial şəbəkələr, internet resursları üzərindən tamaşaçı kütləsi toplayanlar da oldu. Əksər teatrlar səhnə əsərlərini onlayn repertuar əsasında tamaşaçı ilə görüşdürdülər. Əlahəzrət tamaşaçıdan tələb olunan isə sadəcə baxmaq və dəyərləndirməkdir. Ki, sonra teatr salonlarına gedərkən yadırğamasın.

 

Gələk teatrların davam edən karantin günlərindəki repertuar mənzərəsinə. Təbii ki, bu günlər canlı yayım mənzərəsində geniş repertuar, hətta ingilisrus dillərində subtitrli tamaşalar da təqdim edən paytaxt teatrları daha çox görünür. Hərçənd bu durumda təxmini eyni texniki imkanlara malik bölgə teatrları da aktiv ola bilərlər. Bu məqamda istisnaları da unutmaq olmaz.

 

Akademik OperaBalet Teatrı ən yaxşı səhnə nümunələrini tamaşaçıya əlçatan edib. İstər “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alankimi milli nümunələrdən, istərsə də “Jizel”dən “Trubadur”adək baxımlı dünya klassikasından zövq ala bilərsiniz.

 

Akademik Milli Dram Teatrı arxivindəki retro tamaşalardan ən yenilərinədək əksər səs, tamaşaçı gətirən nümunələrini virtual meydana daşıdı. Bir neçəsini də hələ subtitr tərcümələrlə verdi. Teatrın may ayı üçün onlayn repertuarında yeni “Ölülər”dən klassikMüsyö Jordan və dərviş Məstəli şah“, maraqlı “Sinif yoldaşları”, təzadlı “Bir, iki - bizimki!”,  mübahisəli “Dəli yığıncağı”, köhnə dərdli “Özümüzü kəsən qılınc”, bəraətsiz “Mənim günahım” və bitməyən “Ah bu uzun sevda yolu”nadək hər zövqdə tamaşaçı üçün səhnə əsərləri var.

 

Karantin günlərinin sənət mənzərəsində Akademik  Musiqili Teatrın da maraqlı tamaşalarını izləməkdə davam etmək istəyənlər üçün seçkin nümunələr var. Teatr uşaqlar üçün tamaşalarına da bu ay üzrə repertuarında yer verib. Sosial şəbəkə hesablarından virtual izləyicilərinə maraqlı sorğular da ünvanlayan teatr onların istək və arzularını nəzərə alaraq repertuarında xüsusi yeri olan maraqlı nümunələri, eyni zamanda çox sevilən retro tamaşaları “Facebook” səhifəsində canlı yayım vasitəsilə təqdim edir.

 

Gənc Tamaşaçılar Teatrı da hər gün seçkin nümunələrini izləyicilərə təqdim edir. Teatrın son premyerası olan “Dəli yığıncağı”, qəribə təsir gücünə malikBir səbət tənhalıq” monotamaşası, ecazkar dramarturgiyası olan “Pəri cadu”, ölməz “Xortdanın cəhənnəm məktubları” da mayın ikinci ongünlüyünün onlayn afişasındadır. Bu ay uşaq və yeniyetmələrə xüsusi yer ayıran teatrın repertuarında “Göyçək Fatma”, “Tıq-tıq xanım”, “Buratinonun macəraları”, “Uzuncorab Pippi”, “Yatmış gözəl” də var.

 

Yuğ Dövlət Teatrı repertuarını daha çox yeni tamaşaları əsasında tərtib edib. Gənc quruluşçuların hazırladıqları “Albalı bağı”, “Təklif. Elçilik” tamaşaları ilə yanaşı, böyük əks-səda doğuran “Mənəm, mən...” də onlayn izlənməyə çıxarılıb. Teatrın baxımlı tamaşalarından hesab olunan “Vəsvəsə”, “Sonuncu”, “Müəmmalı bir qətlin üç versiyası”, “Qəbirqazma üsulukimi işlərini də may afişasında görə və izləyə bilərsiniz.

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da may repertuarı zəngindir. Daha çox tamaşaçı sorğuları əsasında tərtib olunan repertuara klassik nümunələr də daxil edilib. Belə ki, teatrın hazırkı repertuarında olmayan, vaxtilə maraqla izlənilən tamaşalarını, mərhum kuklaçılar – əməkdar artistlər Ələkbər HüseynovMansur Mansurovun iştirak etdikləri bəzi nümunələri də may siyahısında izləyə bilərsiniz.

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı karantin günlərində tamaşaçıları ilə aktiv dialoqdadır. Teatr onlayn repertuarında Azərbaycanın tarixi həqiqətləri ilə bağlı nümunələrə daha çox yer verir. Bu sırada “Nurlu ömrün anları”,  “Soyqırımı tarixinin dastanı”, “Xocalıya ədalət!” kompozisiyası, “Körpükimi nümunələri qeyd etməliyik.

 

Yaradıcı heyətin ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirdiyi videokonfransda da tarixi mövzulara diqqətin vacibliyi vurğulanıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ümummilli lider Heydər Əliyevin bədii obrazını ilk dəfə İrəvan teatrının səhnəsində Aqşin BabayevinXilaskar”, Hidayətin “Burdan min atlı keçdi” və özünün müəllifi olduğuQurtuluş dastanı” əsərlərinin tamaşalarında ifa etməsindən danışıb, dahi şəxsiyyətin obrazını səhnədə canlandırmağın böyük məsuliyyət tələb etdiyini deyib. Videokonfrans iştirakçıları sonra şair-dramaturq İftixar Piriyevin ulu öndərə həsr etdiyi “Müstəqil Vətənin memarı” poemasını ilk dəfə virtual tamaşa-kompozisiya formatında ifa ediblər.

 

HƏMİDƏ

 

Mədəniyyət.-2020.- 13 may.- S.4.