Heç kim unudulmur, heçyaddan çıxmır”

 

 

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən “Heç kim unudulmur, heçyaddan çıxmır” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

 

Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən müsabiqənin əsas məqsədi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin tarixi rolunun nümayiş olunması, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir.

 

Qeyd edək ki, 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilən müsabiqəyə uşaq-gənclər inkişaf mərkəzlərinin 220 dərnək üzvü tərəfindən ümumilikdə 250 rəsm işi onlayn formada göndərilib. Müsabiqəyə təqdim edilən işlər A-4 formatında, müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənib.

 

Yekunda münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşdirilərək diplomlarla mükafatlandırılıb.

 

Mədəniyyət.-2020.- 13 may.- S.7.