Mərkəzi İncəsənət Məktəbinin
film-konserti
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin onlayn layihələrində yaxından iştirak edir. Məktəbin müəllim və şagirdləri “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində görkəmli bəstəkarlara həsr olunan telehəftələrdə bir-birindən maraqlı ifalarını təqdim ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə məktəbin müəllim və şagird heyəti tərəfindən dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş film-konsert təşkil olunub. Müəllimlər Səadət Rzayeva və Fidan Mir-Qədirovanın təşkilatçılığı ilə reallaşan konsertdə ümummilli liderin çox sevdiyi, sənətinə yüksək qiymət verdiyi ölməz bəstəkar, Xalq artisti Tofiq Quliyevin əsərləri səslənib.
Layihə sosial şəbəkə səhifələri və “Mədəniyyət” kanalının efirində işıqlandırılaraq rəğbətlə qarşılanıb.
Lalə AZƏRİ
Mədəniyyət.-2020.- 13 may.-
S.4.