Əməkdar rəssam Əli Verdiyev dünyasını dəyişib

 

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Respublikanın Əməkdar rəssamı Əli Verdiyev 2020-ci il may ayının 8-də 83 yaşında vəfat edib.

 

Əli Verdiyev 30 yanvar 1936-cı ildə Lənkəranda anadan olub. Sənət təhsilini əvvəlcə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində V.Muxina adına Ali Rəssamlıq Məktəbində İ.Repin adına Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

 

Rəssam ilk dəfə 1957-ci ildə Moskvada beynəlxalq sərgidə iştirak edib, sonralar müxtəlif miqyaslı sərgilərə qatılıb. O, çoxsaylı portretlər, mənzərələr, natürmortlar digər janrlarda əsərlərin, bir-birindən maraqlı çoxfiqurlu tabloların müəllifidir. BunlardanBabəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” kimi əsərləri qeyd etmək olar. Çoxfiqurlu tablolarda rəssamın yaradıcı təxəyyülünün genişliyi özünü göstərir.

 

1990-cı illərin ortalarında Əli Verdiyevin yaradıcılığında bədii-estetik axtarışlarla fərqlənən yeni mərhələ başlayır. Rəssam həmin dövrdə ailəsi ilə birlikdə Türkiyənin Kayseri şəhərinə köçür Erciyes Universitetinin Rəssamlıq kafedrasında professor kimi fəaliyyət göstərir. Rəssamın Türkiyədə yaşayıb çalışdığı təxminən on il ərzində çəkdiyi əsərlərdən ibarət bir neçə kataloqu çap olunub, əsərləri auksionlarda yüksək qiymətə satılıb, müxtəlif muzey şəxsi kolleksiyalarda saxlanmaqdadır. Türkiyənin tarixindən bəhs edən əsərləri, Atatürk silahdaşlarının təsvir olunduğu tabloları sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.

 

Əli Verdiyev müxtəlif dövrlərdə çəkdiyi portretlərdə özünəməxsus yaradıcılıq tərzi nümayiş etdirib. Adilə”, “Fatma qızı Zemfiranın fərqli yaşlarda fırçaya aldığı portretləri bu qəbildəndir.

 

Rəssamın kətan üzərində çəkdiyiHeydər Əliyevin portretionun yaradıcılığında xüsusi yer tutur. Sənətkar ulu öndərin portretini Qafqaz dağlarının fonunda əks etdirməklə zəngin, eyni zamanda sadə kompozisiya yaradıb.

 

Sənətkarın məişət mövzusunda kompozisiyaları da özünəməxsusluğu ilə seçilir.Tikiş tikən qadın”, “Bulaq suyu”, “İstirahət”, “Mətbəx”, “Eyvan”, eləcə Türkiyədə çəkdiyiFayton dayanacağı”, “İstanbulkimi rəngkarlıq qrafika əsərləri bu qəbildəndir.

 

Əməkdar rəssam Əli Verdiyev 50 ildən artıq dövrü əhatə edən yaradıcılığı ilə təsviri sənət tariximizə dəyərli töhfələr verib. Sənətkarın xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin xatirəsində daima yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.-2020.- 13 may.- S.6.