Leyla Bədirbəylinin 100 illiyi münasibətilə virtual sərgi

 

 

Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

 

Milli Arxiv İdarəsindən bildirilib ki, virtual sərgi görkəmli aktrisanın 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hazırlanıb.

 

Sərgidə sənətkarın yaradıcılıq yolu, teatrkino rolları ilə bağlı fotolar yer alıb.

 

Leyla Bədirbəyli kinoda ilk dəfə 1941-ci ildə ekrana çıxan “Səbuhi” filmində (Tubu) çəkilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmindəki Gülçöhrə obrazı ona böyük şöhrət qazandırıb. Aktrisa məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinomuzu zənginləşdirib.

 

Mədəniyyət.-2020.- 13 may.- S.7.