Biz varıq və biz birlikdəyik” layihəsində növbəti təqdimat

 

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) karantin dövründə həyata keçirdiyiBiz varıq və birlikdəyik” adlı virtual layihəsi davam edir.

 

Aprelin 15-dən start verilən və BXA-nın “Facebook” səhifəsində yayımlanan layihə çərçivəsində keçirilən mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini, eyni zamanda mədəniyyət xadimlərinin həyat və yaradıcılığını əhatə edir.

 

Layihə çərçivəsində BXA-nın Klassik rəqs kafedrasının müəllimi, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının pedaqoq-repetitoru, Əməkdar artist Yuri Lobaçov müsəlman Şərqində ilk balet – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri barədə maraqlı təqdimat edib. O, əsərin yaranma tarixi, əsas partiyaları ifa edən ilk balerinalarxalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova və onların ayrı-ayrı illərdə yaratdığı Gülyanaq surəti haqqında məlumat verib.

 

Qeyd edək ki, Y.Lobaçov özü balet tamaşasında Cahangir xan obrazında çıxış edib. Təqdimatda balet tamaşasından parçalar və müxtəlif səhnəciklər də yer alıb.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.2.