Fond işinin təşkili və idarə edilməsi”

 

 

Muzey əməkdaşları üçün onlayn treninq

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən “Fond işinin təşkili və idarə edilməsi” mövzusunda onlayn treninq təşkil edilib.

 

Treninq Biləsuvar, Xaçmaz, Ağstafa Regional Mədəniyyət idarələrinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl, Quba, Xaçmaz, Xudat, Yalama, Şabran, Qazax, TovuzAğstafa şəhər və rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri, xatirə və ev-muzeylərinin əməkdaşları üçün keçirilib.

 

Onlayn tədbirin moderatoruİstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova muzey əməkdaşlarının suallarını cavablandırıb.

 

Treninqə qoşulan Mədəniyyət Nazirliyinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli muzey portalının idarə olunması, muzey sahəsində tez-tez rastlaşılan çətinliklərin aradan qaldırılması haqqında danışıb, tövsiyələrini verib.

 

Sual-cavab şəklində davam edən treninq zamanı mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Videokonfransda xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.2.