Respublika Gənclər Kitabxanasının müsabiqəsi başa çatıb

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elan etdiyi “Heydər Əliyev mənim qəhrəmanımdır” adlı müsabiqə başa çatıb.

 

Şərtlərə görə, müsabiqədə iştirak etmək istəyən gənclər (16-35 yaş) mayın 10-dək ümummilli lider haqqında yazdıqları esseləri və ya Heydər Əliyev haqqında şeirlərdən birini qiraət edərək videoyazısını kitabxananın e-mail ünvanına (ryl.az@mail.ru) təqdim etməli idilər.

 

Esseşeir qiraəti videoları kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdirilib və qaliblər onlayn səs çoxluğu əsasında (bəyənmə  sayı) müəyyən edilib.

 

“Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda esse müsabiqəsində birinci yeri Səbinə Məmmədova, ikinci yeri Nailə Rəciyeva tutub. Şeir qiraəti videoların baxış-bəyənmə sayında isə İbrahim Alməmmədli birinci, İnci Aydınlı ikinci olub.

 

Qaliblərə diplom və hədiyyələr  karantin rejimi bitdikdən sonra kitabxanada təqdim olunacaq.

 

Mədəniyyət.- 2020.-15 may.- S.4.