“Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində”

 

 

Ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) da öyrənilir, tədqiq və tədris olunur. Bu yöndə həyata keçirilən tədbirlərin davamı kimiŞifahi ənənəli Azərbaycan professional musiqisionun yeni istiqamətlərinin tədqiqi: orqanologiyaakustika” elmi-tədqiqat laboratoriyası mayın 12-də növbəti onlayn seminarını keçirib.

 

Seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində” adlı məruzəsi dinlənilib. BMA-nın qarşıdan gələn 100 illik yubileyi ərəfəsində məruzəçi mövzu ilə bağlı yeni arxiv sənədləri, əyani materaillarslaydlar təqdim edib. Ötən əsrin 70-ci illərində Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) 50 illik yubileyi haqqında qərarın verilməsi, yubileyin mühüm təhsil və mədəniyyət hadisəsinə çevrilməsi, ali məktəbin ümumittifaq səviyyəli ordenlə təltifi, professor-müəllim heyətinə fəxri adların verilməsi, konfrans və konsertlər, nəşrlər, sənət xadimlərinin yubileylərinin təşkili,  BMA-nın yaradıcılıq və təcrübə mübadilələrinin fəallaşdırılması, Opera studiyasının inşası, müstəqillik dövründə isə istedadlı gənclərə dövlət dəstəyinin artırılması və digər bu qəbildən faktlar ulu öndərin mədəniyyətimizə diqqət və qayğısının dəyərli təzahürləri  kimi qeyd olunub.

 

Əməkdar incəsənət xadimi, BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə, Dissertasiya şurasının elmi katibi, dosent Həbibə Məmmədova və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.5.