Şagirdlər “Qələbə Günü”ndə uğur qazanıblar

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qələbə Günü” adlı onlayn festival-müsabiqədə 33 nömrəli Musiqi məktəbinin şagirdləri də uğur qazanıblar.

 

Müsabiqənin nəticələrinə əsasən, “simli alətlər” nominasiyasında violin ixtisası üzrə təhsil alan Lalə Bəhramlı II yerə, “xanəndə” nominasiyası üzrə Miyasə Qədirova III yerə və Riyad Səlimov fəxri fərmana, “xalq çalğı alətləri” nominasiyasında nağara ixtisası üzrə Əliabbas Musayev III yerə və “fortepiano” nominasiyası üzrə Fidan Abbasova fəxri fərmana layiq görülüblər.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin üzə çıxarılması və dəstəklənməsidir.

 

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.