“Bəhrül-məarif” haqqında
araşdırma
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin “Müslihəddin Mustafa Süruri və onun “Bəhrül-məarif” əsəri” adlı monoqrafiyası nəşrə təqdim edilib.
İnstitutdan bildirilib ki, kitabda Gelibolulu Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsəri, konkret olaraq Əlyazmalar İnstitutunda saxlanılan əlyazma nüsxəsi yer alıb. Əsərin ədəbi-tarixi əhəmiyyətini müəyyənləşdirmək üçün bir sıra analoji nümunələr, o cümlədən Əlişir Nəvainin “Mizanül-övzan”, Şərəfəddin Rami Təbrizinin “Həqayiqül-hədayiq” və “Ənisül-üşşaq” əsərləri müqayisəli araşdırmaya cəlb olunub. Monoqrafiyanın yazılmasında əsas məqsədlərdən biri də Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsərini hərtərəfli tədqiq etmək və onun klassik Şərq poetikası baxımından elmi əhəmiyyətini müəyyənləşdirməkdir.
Monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Azadə Musayeva, rəyçiləri
akademik Möhsün
Nağısoylu və filologiya elmləri doktoru, professor Əsgər
Rəsulovdur.
Mədəniyyət.- 2020.- 15 may.-
S.7.