“Birlikdə düşünək, birlikdə
tapaq”
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xüsusi karantin rejimində reallaşdırdığı layihələrdən biri də “Birlikdə düşünək, birlikdə tapaq” devizi altında təşkil edilən ailəvi onlayn viktorinadır.
Növbəti viktorina Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunub. Yarışmanın şərtlərinə əsasən, Böyük Vətən müharibəsi mövzusunda 50 suala 60 dəqiqə ərzində cavab vermək lazım idi.
Viktorinanın qalibi Kərimovlar ailəsi olub. Qalib ailəyə
Respublika Uşaq Kitabxanası tərəfindən
5 kitab hədiyyə edilib.
Mədəniyyət.- 2020.- 15 may.-
S.4.