Biennaledə uğur qazanıblar

 

 

Yunanıstanda keçirilən VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə (Biennale) qatılan Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının şagirdləri uğur qazanıblar.

 

Gimnaziyadan bildirilib ki, təhsil ocağının VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagirdi Abdulrəhim Bağırlının biennaleyə göndədikləri rəsmlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülüb.

 

Qeyd edək ki, hər iki şagird dəfələrlə beynəlxalq müsabiqələrdə laureat olublar.

 

Yunanıstanda uşaq rəsm müsabiqəsi iki ildən bir təşkil edilir.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.8.