Xəzərin sahilindən dünya
ekranlarına
Paytaxt Bakının qədimliyi, gözəlliyi, təbii sərvətləri hər zaman müxtəlif ölkələrdən alim və səyyahların, XIX əsrin II yarısından etibarən isə iş adamlarının marağını cəlb edib. Milli kino salnaməmiz də xarici kinematoqrafların Bakıda çəkdiyi lentlərlə başlanıb.
İllər ötdükcə şəhərimizin yaradıcılıq, sənət cazibəsi daha da artıb. Yerli kino mütəxəssisləri ilə yanaşı, xarici rejissorlar da film çəkilişləri üçün tez-tez bu şəhəri seçiblər. Qədim İçərişəhər, möhtəşəm saraylar, qalalar, nəhayət, mavi Xəzər bu mənada yaradıcılıq üçün mühüm amillər idi. Buna görə də bir çox məşhur xarici filmlərin çəkilişi Bakıda aparılıb. Bu yazıda onların bir neçəsindən söz açacağıq.
İlk olaraq Vladimir Korenyev və Anastasiya Vertinskayanın əsas rollarda çəkildiyi, 1961-ci ildə ekranlaşdırılan “Amfibiya adam” filmindən başlayaq. Quruluş müəllifləri rejissorlar Vladimir Çebotaryov və Gennadi Kazanski olan filmin bir çox epizodları Bakıda lentə alınıb. İxtiandrın (balıq-adam) filmdə ilk dəfə şəhərə çıxdığı yer Amerikanın, Qərbin yox, Bakının bir guşəsidir.
Filmin maraqlı yaranma tarixi var. V.Çebotaryov yazıçı Aleksandr
Belyayevin məşhur “Amfibiya
adam” fantastik əsərinə (ssenari müəllifləri – Akiva Qolburt, Aleksandr Ksenofontov, Aleksey Kapler) təsadüfən müraciət
edib. O, sənətdə
yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusunda idi. “Lenfilm” kinostudiyasında bir neçə ssenari ilə tanış
olarkən onların arasında “Amfibiya adam” daha çox
diqqətini cəlb edir. Ssenari o qədər qəliz idi ki, 10 il müddətində
çəkiliş üçün
yer tapmaq mümkün olmamışdı.
Yalnız 1961-ci ildə V.Çebotaryov
və G.Kazanski filmin bir hissəsini
paytaxtımızda çəkmək
qərarına gəlirlər.
Film üçün Bakı ideal bir yer idi, çünki
ssenari üzrə hadisələr həm quruda, həm də dənizdə cərəyan edirdi.
Film SSRİ və ondan
kənarda böyük
müvəffəqiyyət qazanır. SSRİ Mədəniyyət naziri Y.Furtseva bu ekran
əsərini SSRİ Maliyyə
Nazirliyinə ən qiymətli hədiyyə adlandırmışdı. Ekranlara çıxdığı
ilk yarım il
ərzində filmə
65 milyon tamaşaçı
baxmışdı.
“Amfibiya adam”
azərbaycanlı tamaşaçılar
üçün ikiqat
maraqlıdır. Kütləvi səhnələrdə Bakı
sakinləri çəkilib.
***
Rusiya istehsalı
olan “Aybolit” (1966) filminin də əsas səhnələri
Bakıda və Xəzər dənizində
çəkilib. Ssenari müəllifləri R.Bıkov və V.Korostılyev olan film musiqili nağıl-komediyadır.
Rejissor Rolan Bıkov tərəfindən
ekranlaşdırılan film 30-dan artıq dildə yayımlanıb və dövrünün ən baxımlı uşaq filmlərindən hesab olunur.
***
Müxtəlif ölkələrdən turistlərin
Bakıya gəlməsinə
səbəb olan, bu gün də
sevilən “Brilyant əl” kinokomediyası
1968-ci ildə “Mosfilm”
kinostudiyasında çəkilib. Rejissoru Leonid Qayday olan ekran
əsəri nümunəvi
işçi olan Semyon Seymonoviç Qorbunkov kruiz laynerdə Şərq ölkəsinə səfəri
və səfərdən
sonra başına gələnlərdən bəhs
edir.
Kinosevərlərin bu gün də
maraqla izlədiyi, ölməz sənətkarlar
Yuri Nikulin və Andrey Mironovun baş rolları ifa etdiyi filmin
ən yaddaqalan səhnələri İçərişəhərdə
lentə alınıb.
***
1980-ci ildə SSRİ, ABŞ və Britaniya rəhbərlərinin İkinci
Dünya müharibəsində
ilk görüşündən bəhs edən “Tehran-43” filminin çəkilişləri
başlayır. SSRİ, Fransa, İsveçrə və İspaniyanın birgə reallaşdırdığı filmin
bir hissəsi Tehranda lentə alınmalı idi. Lakin həmin il İran-İraq
müharibəsi başladığından
rejissorlar filmin Tehran hissəsini Bakıda çəkməyə məcbur
olurlar.
Rejissorları Vladimir Naumov və Aleksandr Alov olan film 1981-ci ildə ekranlara çıxır. Ssenari müəllifləri Mixail Şatrov, Aleksandr Alov, Vladimir Naumovdur. Dünya şöhrətli fransız aktyoru Alen Delonun da çəkildiyi bu kinolent tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
***
Paytaxtımızın qismətinə Hollivudun ən məşhur ekran
nümunələrindən olan “Ceyms Bond” silsiləsindən
bir film də
yazılıb. “Dünya kifayət deyil” filminin bəzi səhnələri
Bakıda – Xəzərin sahilində və neft
buruqları olan məkanlarda lentə
alınıb. Li Tamahorinin çəkdiyi
filmdə əsas rolu irlandiyalı aktyor Pirs Brosnan
ifa edib.
Filmin süjet
xətti belədir:
Robert King adlı çox
zəngin bir neft kralı beynəlxalq bir terrorçunun təşkil
etdiyi sui-qəsd nəticəsində öldürülür. Sahibkarın
qızını təhlükələrdən
qorumaq tapşırılan
Ceyms Bond Xəzər dənizinə və İstanbula səfərlər
edərək terrorçunu dayandırmağa
çalışır...
P.S. Paytaxtımız daha neçə-neçə filmin
çəkiliş meydanı
olub. Biz sadəcə
ən populyar filmləri xatırladıq.
Ancaq inkişaf etmiş infrastruktura malik, tarixlə müasirliyin qovuşduğu Bakı şəhəri yeni-yeni ekran əsərlərinin çəkilə biləcəyi
maraqlı məkandır.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 1 may.-
S.5.