Azərbaycan poeziyası Rusiya jurnalında

 

 

Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində növbəti təqdimata Rusiyanın “Kamerton” jurnalında yer verilib.

 

Saratov Dövlət Konservatoriyasının nəşri olan jurnalda müasir Azərbaycan poeziyası nümunələri dərc olunub.

 

Tərcümə Mərkəzindən bildirilib ki, “Kamertonun aprel nömrəsində xalq şairləri Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri işıq üzü görüb.

 

Mədəniyyət.- 2020.- 1 may.- S.7.