“Bizi birləşdirən
mədəniyyət” layihəsində görkəmli sənətkarlar
yada salınır
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən “Əbədiyaşarlarımız” telehəftəsi bu dəfə (27 aprel – 3 may) görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub.
Həftə ərzində hər iki bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, opera və balet musiqiləri, kamera və simfonik əsərləri, mahnıları və s. səsləndirilir. Layihənin buraxılışlarında Əməkdar artist İlham Nəzərov, Nərgiz Əliyeva və Ayla Kərimova- Zəkəriyyənin ifalarında hər iki bəstəkarın yaradıcılıqlarından nümunələr təqdim edilib.
Aprelin 29-da Vasif
Adıgözəlovun “Natəvan”
operası telekanalda nümayiş olunub. Eyni zamanda
layihədə iştirak
edən müəssisə
və musiqi məktəbləri kollektivlərinin
ifalarında bəstəkarların
əsərlərindən ibarət
üç dəqiqəlik
videoroliklər təqdim
edilib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin
həftə buraxılışında
həmçinin tarzən,
Xalq artisti, professor Ramiz Quliyevin doğum günü ilə əlaqədar aprelin 30-da sənətkarın solo konserti
tamaşaçılara təqdim
olunub. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
nümayiş olunan M.Maqomayevin “Şah İsmayıl” operasının
lent yazısı da sənətsevərlər üçün
nümayiş etdirilib.
Layihə üzrə mayın 2-də
Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli solo ifası
ilə tamaşaçıların
görüşünə gələcək.
Aprelin 1-dən davam
edən “Bizi birləşdirən mədəniyyət”
layihəsinin məqsədi
insanları incəsənətə,
muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimizi,
muğam korifeylərimizi
böyük auditoriyaya
tanıtmaqdır.
LALƏ
Mədəniyyət.- 2020.- 1 may.-
S.3.