“Unudulmayanlar”da Zülfi Adıgözəlov
yad olunub
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsinin növbəti təqdimatı görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub.
Layihənin aparıcısı Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkar haqqında söz açıb, xanəndənin arxivdə qorunan səs yazılarını izləyicilərə təqdim ediblər.
Nailə Rəhimbəyli şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi, təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun mühüm rol oynadığını deyib.
Qeyd edək ki, karantin
rejimi tətbiq ediləndən və
kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn
layihələrə start verən BMM-nin sözügedən layihəsi çərçivəsində
Keçəçioğlu Məhəmməd, “Azərbaycan
tarının atası” adlandırılan Sadıqcan və
muğam sənətimizin xanı – Xan Şuşinskinin
yaradıcılığından söz
açılıb, ifalarının lent
yazıları təqdim olunub.
Mədəniyyət.- 2020.- 22 may.-
S.3.