Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları bərpa olunub

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki  Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi fəaliyyətini karantin rejimi şərtlərinə uyğun davam etdirərək həyata keçirilən layihələri onlayn sərgilər vasitəsilə təqdim edir.

 

Elmi Bərpa Mərkəzi Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin toplusundan bərpa və konservasiya etdiyi eksponatların bərpadan əvvəl və bərpadan sonrakı görünüşlərini əks etdirən fotoşəkillərdən ibarət növbəti onlayn sərgi təqdim edib. Bərpa olunan eksponatlar arasında XIX-XX əsrlərə aid xalçalar və digər nümunələr yer alıb.

 

Mədəniyyət.- 2020.- 22 may.- S.4.