Monrealda erməni terroruna
etiraz
Kanadanın Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmalarının nümayəndələri də iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Dorchester” meydanında gerçəkləşən aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.
Azərbaycanın haqlı
mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar
erməni ordusunun döyüş
bölgəsindən uzaqda yerləşən
şəhərlərə, dinc əhaliyə
istifadəsi qadağan edilmiş
kasetli raketlərlə
hücumlarını kəskin şəkildə pisləyiblər.
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.3.