“Şuşada sonuncu çay...”
Fransada yaşayan dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Rza (Reza) Diqqəti Şuşada 1992-ci ildə çəkdiyi fotoları paylaşıb. “National Geographic” jurnalının tanınmış fotojurnalisti fotoları “Şuşada sonuncu çay – 1992-ci il” başlığı ilə paylaşıb.
O qeyd edib ki, Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın bölgədə son strateji dayağı idi: “1992-ci ilin aprel ayında Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən nəzarətə götürülmüşdü, şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi. Erməni hərbçiləri 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, saatlarla şəhəri bombaladılar. Şəhəri ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlı sakinlər ev-eşiyindən didərgin düşdü...”.
Qeyd edək ki, Rza Diqqəti fotoları #karabakhisazerbaijan, #shusha, #azerbaijan həştəqləri ilə paylaşıb.
Xatırladaq ki,
tanınmış fotojurnalist Azərbaycana
ilk dəfə hələ sovet
dövründə – 1987-ci ildə səfər edib.
1992-1993-cü illərdə Azərbaycana fotojurnalist
kimi gələn R.Diqqəti Xocalı soyqırımının
şahidlərini, müharibə gedən digər bölgələrdə
Şuşa, Zəngilan və Cəbrayılda
baş verən hadisələri də fotoobyektivin yaddaşına köçürüb.
Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. 1997-ci
ildə yenidən Azərbaycana gələn R.Diqqəti burada bir neçə ay yaşayıb, ölkəni gəzərək
sadə insanların gündəlik həyatını, məişətini,
adət-ənənələrini fotolarda
əks etdirib. O, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində
sərgilər təşkil edib, dəfələrlə
ermənilərin hücumuna məruz
qalıb. Qarabağda çəkdiyi fotoları
Parisdə sərgiləyən R.Diqqətiyə qarşı Fransa mətbuatında çoxlu
yazılar dərc olunub. Bütün
bunlara rəğmən Rza
Diqqəti Azərbaycan gerçəklərini, o
cümlədən ölkəmizin tolerantlıq və multikultural mühitini dünyada təbliğ etməyə davam edir.
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.7.