Yağı düşmənin barbarlığı davam edir
Müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri
qarşısında duruş
gətirməyən düşmən
cəbhə boyu ərazilərdəki yaşayış
məntəqələrini raket
və ağır artilleriya atəşinə
tutmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən verilən
məlumata görə,
oktyabrın 30 və
31-i səhər saatlarında
Ermənistan silahlı
qüvvələri Tərtər,
Ağdam və Ağcabədi rayonlarının
ərazisini artilleriya atəşinə tutub. Noyabrın 1-də saat
10:00-dan başlayaraq düşmən
qüvvələri Tərtər
şəhəri, rayonun
Şıxarx qəsəbəsi,
Qapanlı, Əskipara,
Səhləabad kəndlərini,
eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə
tutub. Nəticədə evlərə və
infrastruktura ziyan dəyib.
***
Ağdam rayonunun yaşayış məntəqələrinin ağır
artilleriyadan atəşə
tutulması nəticəsində
sakinlərə məxsus
yaşayış evlərinə,
yardımçı binalara,
təsərrüfatlara ciddi
ziyan dəyib. Rayonun Sarıçoban kənd sakini Məhərrəm Heydərov bildirib ki, müzəffər Ordumuz qarşısında
aciz qalan düşmən kəndləri,
mülki şəxsləri
artilleriya atəşinə
tutur: “Səhər saat 6 radələri idi, evdə yatmışdıq. Güclü partlayış
səsinə yuxudan oyandıq. Çölə çıxanda gördüm
ki, su çəni
deşilib. Məlum oldu
ki, mərmi həyətimizə düşüb.
Yaxınlıqda olan qardaşımın
evinə və yardımçı tikilisinə
daha çox ziyan dəyib. Düşmən istəyir ki,
terror əməlləri ilə
dinc sakinlərə ziyan vursun, bizi
qorxutsun. Lakin bilsinlər
ki, bu xain
hərəkətləri ilə
istəklərinə çata
bilməyəcəklər”.
İşğalçı Ordunun ən çox atəşə tutduğu yaşayış
məntəqələrindən biri də Ağdamın
Əhmədağalı kəndidir. Düşmənin atəşi nəticəsində
kənd sakini Məhəmməd Quliyevin
evinə və təsərrüfatına ziyan
dəyib, mal-qarası
tələf olub.
Eyvaz Allahverdiyev düşmən təxribatlarının
onları qorxutmadığını
bildirib: “Düşmən,
demək olar ki, hər gün
kəndimizi atəşə
tutur. Kəndin ərazisinə, ümumilikdə
10-dan çox mərmi
düşüb. Dağıntılar var. Lakin bu bizi
narahat etmir. Tək istəyimiz Ordumuzun qələbə çalması,
işğal altında
olan bütün torpaqlarımızın azad
edilməsidir”.
Noyabrın 2-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri
Ağdam rayonu ərazisini növbəti dəfə artilleriya atəşinə tutub. Düşmənin
atdığı top mərmiləri
rayonun Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan vurub. Partlayış
nəticəsində Rahib
Məmmədov adına Döyüş
Şöhrəti Muzeyi
də zərər görüb.
***
Oktyabrın 30-da düşmən Ağcabədi
rayonunu və kəndlərini ağır
artilleriya atəşinə
tutub. Rayonun Hacılar kənd
sakini Elçin Abbasov bildirib ki, düşmənin artilleriya atəşi nəticəsində sakinlərə
məxsus yaşayış
evlərinə, yardımçı
binalara, təsərrüfatlara
ziyan dəyir. Lakin bu dağıntılar, maddi zərər çəkən sakinlərin
əhval-ruhiyyəsinə təsir
etmir. Hər kəs Ordumuza güvənir, qələbənin
yaxında olacağına
inanır: “Hər gün kəndimiz atəşə tutulur. Bu gün səhər
atılan mərmilər
mənim, qardaşımın,
bacımın və qonşumuzun evinə ziyan vurub. Lakin kəndimizdə həyat öz axarı ilə davam edir. Hər kəs öz
işindədir”.
Kamran İsmayılovun evinə və həyətinə bir neçə mərmi düşsə də, o, evini tərk etmir: “Bu günədək mənim
həyətimə 3 mərmi
düşüb. Səhər
saatlarında mal-qaraya
ot verən
zaman kəndimiz yenə atəşə tutuldu. Mərmilərdən biri də mənim evimin üstünə düşərək
partladı. Bütün bunlar
ermənilərin vəhşiliyinin,
barbarlığının göstəricisidir.
Döyüş meydanında
Ordumuzun qarşısında
tab gətirə bilmirlər.
Əvəzinə dinc sakinləri
atəşə tuturlar”.
Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.
Düşmənin noyabrın 3-də səhər saatlarında ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb. Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.3.