Sülhü birgə formalaşdıraq!”

 

 

UNESCO-nun 75 illik yubileyi ilə bağlı məktəblilər arasında elan olunanSülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir.

 

Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Azərbaycan UNESCO klublarının birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə gerçəkləşən layihə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəblərini əhatə edir.

 

Birinci mərhələ üzrə rəsmlərin qəbulu noyabrın 15-dək davam edəcək. Növbəti mərhələyə keçənlərin adları noyabrın 30-dək açıqlanacaq. İkinci mərhələnin qaliblərinin elan olunması dekabr ayında nəzərdə tutulur.

 

Müsabiqənin keçirilməsində məqsəd BMT və UNESCO tərəfindən hər il qeyd olunan 21 sentyabr – Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlarinsanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedada malik uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

 

Müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı) keçirilir. Hər yaş qrupu üzrə üç qalib müəyyən olunacaq.  Mövzudüzgün kompozisiyalara üstünlük veriləcəyi müsabiqədə ən çox şagirdlərin öz duyğuları ilə işlədikləri əsərlər seçiləcək.

 

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.5.