UNESCO-nun “Dünya kitab paytaxtı

 

 

Meksikanın Qvadalaxara şəhəri UNESCO tərəfindən 2022-ci il üzrəDünya kitab paytaxtıelan edilib. Bu barədə UNESCO-nun Baş direktoru Odre Azule açıqlama verib.

 

1987-ci ildən bəri beynəlxalq kitab yarmarkalarının keçirildiyi Qvadalaxara üçün proqram üç strateji istiqamətdə cəmlənib: parklarda digər əlçatan yerlərdə qiraət vasitəsilə ictimai məkanların bərpası, xüsusən uşaqlar üçün oxuma yazma üzrə seminarların köməyi ilə sosial əlaqələr mütəşəkkillik, nəsillərarası əlaqələrin, hekayə küçə poeziyasının köməyi ilə orijinallığın möhkəmləndirilməsi. Qvadalaxara Beynəlxalq Kitab Yarmarkası (FİL Guadalajara) böyüklüyünə görə Frankfurt yarmarkasından sonra ikinci yerdədir.

 

İlin bayram şənlikləri 2022-ci il aprelin 23-də – Dünya Kitab Müəllif Hüquqları Günündə başlayacaq.

 

UNESCO-nunDünya kitab paytaxtı” layihəsi 2001-ci ildən həyata keçirilir. Bu il həmin adı Kuala-Lumpur (Malayziya) daşıyır, 2021-ci ilin “paytaxtı” isə Tbilisi (Gürcüstan) olacaq. Qvadalaxara bu titulu alan iyirmi ikinci şəhərdir.

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.1.