Mədəni irsin qorunması naminə

 

 

Klubonlayn art məkanın təşəbbüsü və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə multimedia art layihəsi – mədəni irsin qorunması üzrə “Təmas” sərgisi keçirilir. Layihənin ideya müəllifi və kuratoru mədəniyyət meneceri Könül Rəfiyevadır.

 

Mədəni irs mədəniyyətin mövcudluğunun əsas göstəricisidir. İrs nəsillər üçün miras qalaraq, bütün bəşəriyyətin ümumi sərvəti kimi çıxış edir. Lakin bu, yalnız qorunub saxlanılmaq şərti ilə ola bilər.

 

“Təmas” sərgisi rəssamların tarixi memarlıq irsi mövzusuna baxışıdır. Gənc rəssamlar Aygün Həsənova, Aysel Məmmədova, Aynur Cəfər, Nigar Səmədzadə və digərləri müxtəlif sənət texnikası və istiqamətləri üzrə yerinə yetirilmiş əsərlərlə çıxış etsələr də, onları Bakıya münasibət və sevgi, doğma şəhərin autentikliyini qorumaq arzusu birləşdirir. Rəssam yalnız bu günü göstərmək deyil, dünənə də baxmaq üçün yaşayıb-yaradır.

 

Memarlıq irsi təbiətin və hadisələrin dağıdıcı hərəkətlərinə zidd olaraq davam edir, keçən əsrlərdən, daş, ağac, metal, şüşə üzərində həkk olunmuş vizual görünüşlər verir. Hər bir milli mədəniyyətdə memarlıq irsinin xüsusi rolu var.

 

İncəsənət nümayəndələrinin – rəssamların, fotoqrafların, kuratorların dəstəklənməsi üçün yaradılmış “Klubonlayn art məkanı bu ilin sentyabrında fəaliyyətə başlayıb.

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.4.