Kitabxanaların vətənpərvərlik ruhlu təqdimatları

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS “Xoş gəldin, Zəngilan” adlı videoçarx hazırlayıb. Videoçarxda Zəngilan rayonunun abidələrindən, gözəl təbiətindən və rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarından bəhs edilir.

 

Bildirilir ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Ordusu bu yurdla bağlı 27 illik həsrətimizə də son qoydu. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi. Bu günədək Zəngilan rayonunun 40-dək kəndi və iki qəsəbəsi düşməndən təmizlənib.

 

***

 

Xəzər rayon MKS də “Ordumuza dəstək olaq” layihəsi çərçivəsində maraqlı təqdimatları davam etdirir.

 

Azərbaycan xalqı bu günlərdə taleyüklüqürurverici tarixə şahidlik edir. Bu şanlı tarixi döyüş meydanında qəhrəman əsgərlərimiz yazır. Dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə kitabxana və fəal oxucular Ordumuza mənəvi dəstək, xalqımızda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif videoçarxlar hazırlayaraq paylaşırlar.

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.4.