BMA-nın tələbələri üçün Qarabağ mövzusunda müsabiqə

 

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi təhsil ocağının tələbələri arasında müsabiqə elan edib. Müsabiqəyə işğal olunmuş torpaqlarımız uğrunda  gedən mübarizəyə həsr olunmuş yazılar təqdim olunmalıdır.

 

Tələbələr təklif edilmiş beş istiqamət – “Şuşa torpağı milli mədəniyyətin ocağı”, “Mədəniyyətimizin beşiyi Qarabağ”, “Mədəni informasiya cəbhəsində mübarizə”, “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” və “Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman” mövzularında öz yazı bacarıqlarını sınaya biləcəklər.

 

Təhsil aldığı ixtisas sahəsindən asılı olmayaraq, bütün tələbələr müsabiqəyə qoşula bilərlər. Yazıların son təhvil tarixi noyabrın 15-dir. Müsabiqə barədə ətraflı məlumat BMA-nın saytında.

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.4.