Xorvatiya KİV-ləri Ermənistanın soyğunçuluq siyasətindən yazıb

 

 

Xorvatiyanın işgüzar dairələri arasında məşhur olanPoslovni dnevnik” qəzetində və “poslovni.hronlayn portalında “Ermənistan-Azərbaycan münaqişəsinin iqtisadi tərəfləri” adlı məqalə dərc olunub.

 

Məqalədə işğal olunmuş Azərbaycan ərazilərinin təbii sərvətlərinin Ermənistan tərəfindən qanunsuz istismarı barədə Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatına nəzər salınıb. Qeyd olunub ki, Ermənistan bu qanunsuz fəaliyyətə Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə və Rusiyadan erməni əsilli və ya erməni  diasporu ilə əlaqəli adamlarını cəlb edib.

 

Qanunsuz fəaliyyətlə məşğul olan “Franck Muller Group” barədə məlumat verilib. Bildirilib ki, şirkətin baş icraçı direktoru erməni əsilli Vartan Sirmakesdir. Onun iştirak etdiyi layihələrdən biri Zəngilan bölgəsindəki Vejnəli qızıl yatağının istismarıdır. Qeyd olunub ki, Vardan Sirmakes Kəlbəcərdə Söyüdlü qızıl yatağında da qanunsuz əməliyyatlar həyata keçirib.

 

Məqalədə 10 iyun 2020-ci il tarixində Avropa Parlamenti üzvlərinin Ermənistanla Dağlıq Qarabağ arasında yeni avtomobil yolunun tikintisinin qəbuledilməz olması ilə bağlı bəyanatının mahiyyəti oxuculara çatdırılıb. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən beynəlxalq miqyasda cinayətkarlar, maliyyə fırıldaqçıları qanunsuz biznes üçün məkana çevrildiyi vurğulanıb.

 

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.2.