Topal Teymuringilis dilində çap olunub

 

 

Böyük Azərbaycan şairi dramaturqu Hüseyn CavidinTopal Teymurtarixi dramı ingilis dilində kitab halında nəşr olunub. Kitab əsərin qələmə alınmasının 95-ci ildönümü münasibətilə AMEA-nın Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən nəşrə hazırlanıb. Nəşrin ön söz müəllifi muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

 

Ön sözdə qeyd edilir ki, Hüseyn CavidinTopal Teymurtarixi dramındakı əsas qayə tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz hörmətini artırmaqdan ibarət  olmuşdur. Mütəfəkkir şair bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdıra bilib. Buna görə yüksək sənətkarlıqla qələmə alınmış bu əsərin təkcə ingilis dilində deyil, dünya xalqlarının aparıcı dillərinə çevirərək təqdimi yüksək ideyaların təbliği məqsədi daşıyır.

 

Topal Teymurtarixi dramını ingilis dilinə tərcümə redaktə edənlər tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.

 

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.7.