“Balaca
kişilər”ə klip
çəkilib
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin kollektivi vətənpərvərlik mövzusunda
yaradıcılıq işlərini
davam etdirir.
Universitet “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC və Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
ilə birgə yeni layihəyə imza atıb. Klipdə
universitetin Musiqili teatr aktyoru kafedrasının
müəllimi, Əməkdar
artist Nicat Kazımov tanınmış şair,
yazıçı-dramaturq İlqar
Fəhminin vətənpərvərlik
mövzusunda “Balaca kişilər” poemasından
parçalar ifa edib. Klipdə ADMİU-nun tələbələri
çəkilib.
Bundan öncə Teatr sənəti fakültəsində Səhnə danışığı kafedrasının 3-cü kurs tələbələri “Əsgər” şeiri əsasında videoçarx hazırlamışdılar. Həmin fakültənin musiqili teatr aktyoru kafedrasının tələbələri isə hazırladıqları videoçarxda Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini ifa ediblər. Videoçarxlar universitetin saytında yerləşdirilib.
Mədəniyyət.- 2020.- 6 noyabr.- S.4.