Vandalizmin tarixi
eksponatı
Ermənilərin atdığı raketlər
Tərtərdə muzeydə nümayiş
olunacaq
Bu günlər Ermənistan silahlı qüvvələri tərəfindən ən çox raket-artilleriya atəşinə məruz qalan bölgələrimizdən biri Tərtər rayonudur. Vətən müharibəsinin davam etdiyi ayyarım ərzində Tərtər şəhərinə, rayonun kəndlərinə minlərlə mərmi düşüb.
Rayon ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix-Diyarşünaslıq Muzeyinə gətirilib.
Raket qalıqları muzeydə
sərgilənəcək. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi
vəhşilikləri gələcəkdə rayona
gələn qonaqlara göstərməkdir.
Mədəniyyət.- 2020.- 11 noyabr.- S.4.