“Miniatür Azərbaycan
parkı”nda Qarabağdakı abidələrin maketləri
Ağstafa rayonunda maraqlı bir park var. Bu parka gələn
insanlar ölkəmizin
bölgələrinə qısa
müddətdə səyahət
etmiş olur. Söhbət şəhər mərkəzindəki
“Miniatür Azərbaycan
parkı”ndan gedir.
Rayona gələn
qonaqlar da unikallığı ilə
seçilən bu parkla maraqlanır. Parkda ölkəmizin
hər bir bölgəsinin məşhur
tarixi abidəsi və tikililəri haqqında həm Azərbaycan, həm də ingilis dilində lövhələr
quraşdırılıb. Parkda əzəli torpağımız
Qarabağa da xüsusi yer ayrılıb. Burada Şuşa, Xankəndi və Ağdamdakı abidələrin
maketləri quraşdırılıb.
Torpaqlarımızın işğaldan azad edildiyi bu günlərdə
parka gələn insanlar
burada maketləri olan Qarabağdakı abidələri öz gözləri ilə görmək arzusundadır.
Mədəniyyət.- 2020.- 11 noyabr.- S.4.