Mario Varqas
Lyosanın əsərləri dilimizdə
Azərbaycan Dövlət Tərcümə Mərkəzi məşhur Peru yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” kitabını nəşr edib.
Kitaba müəllifin “Palomino Moleronu kim öldürüb?” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” hekayələri, həmçinin Nobel nitqi və müsahibəsi daxil edilib.
Əsərləri Azərbaycan dilinə Saday Budaqlı və Mahir N.Qarayev tərcümə ediblər, kitabın redaktorları Nəriman Əbdülrəhmanlı və Aynurə Haqverdiyevadır.
Mario Varqas
Lyosa 1936-cı ildə Perunun
Arekipa şəhərində anadan olub. Bir müddət Madriddə
və Parisdə yaşayıb. “Şəhər və köpəklər”
(1963), “Yaşıl ev” (1968), “Kilsədə
söhbət” (1969), “Kapitan Pantaleon və xeyirxah xidmətlər
bölüyü” (1973), “Palomino
Moleronu kim öldürüb?” (1986), “Odissey
və Penelopa” (2007), “Ketlin
yuxusu” (2010), “Sadə qəhrəman” (2014)
kimi roman və
pyeslərin müəllifidir. 2010-cu ildə ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülüb.
Mədəniyyət.- 2020.- 11 noyabr.- S.7.