“Qarabağın məşhur müəllimləri” – Bülbül

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti təqdimatı Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülə həsr olunub.

 

Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) 1897-ci ildə Şuşada anadan olub. Çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan Bülbül 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) dərs deyib, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olub. O, milli oxuma sənətinin ən layiqli üsullarını rusAvropa məktəbi ilə birləşdirərək yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib. Bülbülün bütün fəaliyyəti xalqına, milli musiqi sənətinə fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir. O, doğma dilinə böyük önəm verərək deyirdi: “Öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

 

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsində Qarabağda doğulanpedaqoji fəaliyyət göstərən tanınmış şəxslər barədə məlumatlar təqdim olunur.

 

Mədəniyyət.- 2020.-  11 noyabr.- S.7.