Ermənistanın mədəni irsə barbar münasibəti beynəlxalq qiymətini almalıdır

 

 

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən yağılardan təmizlənir. Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.

 

Bu sözlər Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanatında yer alıb.

 

Bəyanatda qeyd olunur ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

 

Bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndində yerləşən memarlıq abidəsi kimi (inventar ¹4713) dövlət qeydiyyatına alınmış XVIII əsrə aid məscid və ona məxsus tikili heyvanların saxlanıldığı yer kimi istifadə olunub. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar  tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

 

Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq. Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiyaya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir”, – deyə bəyanatda vurğulanır.

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pas­̧ayeva Qubadlı rayonunun Məmər kəndindəki məscidin erməni işğalçıları tərəfindən murdarlanması ilə bağlı UNESCO, İCESCO və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

 

Q.Pas­̧ayeva qeyd edib ki, işg­̆al illəri ərzində Ermənistanın hərbi-siyasi cinayətləri, dövlət səviyyəli təcavüzkarlıq siyasəti nəticəsində dünya, respublikayerli əhəmiyyətli onlarla tarixi-mədəni abidə ya erməniləşdirilib, ya da vandalcasına dag­̆ıdılıb: “Sivilizasiyalar və mədəniyyətlərarası dialoqda örnəklər yaratmış bir xalqa, dövlətə, onun mədəni irsinə qarşı belə münasibət, eyni zamanda bəs­̧əri irsə qars­̧ı ciddi təhdiddir. Milli Məclisin Mədəniyyət komitəsi üzvləri adından beynəlxalq təşkilatları bu hallara rəsmi münasibət bildirməyə çağırırıq. Ermənistan dövlətindən tələb edilməlidir ki, belə vandallıqlara yol verdiyinə görə üzr istəsin, konkret məsuliyyət das­̧ıyanların siyahısını hazırlasın, onların istintaqa cəlb edilməsini təmin etsin. Bu, gələcəkdə bənzəri cinayətlərə yol vermək istəyən başqaları üc­̧ün bir çəkindirici faktor rolu oynayardı. Birgəyas­̧ayıs­̧a, mehriban qons­̧ulug­̆a, ədalətli sülhə, beynəlxalq hüquq normalarına sayg­̆ı duyan bütün sivil insanları, tərəqqipərvər dünya birliyini, dövlətləri, xalqları Ermənistan Respublikasının bəs­̧əri dəyərlərə qars­̧ı qeyri-insani əməllərini pisləməyə çağırırıq”.

 

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.4.