Şeytanın toy etdiyi şəhərdə ona elə toy tutuldu ki...

   

 

Dünyada bir çox şəhərlər vardır ki, odlara qalanmış, düşmən işğalına məruz qalmışlar. Dünyanın işlərini qarışdıran Şeytan bu şəhərlərdə istədiyini etmiş, hər tərəfdə özündən sonra qan, göz yaşları qoyub getmişdir. Belə şəhərlərdən biri də Şuşadır. İyirmi səkkiz il əvvəl iblis libaslı yağı düşmən bu qədim şəhərimizi zəbt etmişdi. Düşmənin işğal əməliyyatının adı da belə idi: “Dağlarda toy”. İyirmi səkkiz il sonra Azərbaycan Ordusu işğalçıya elə bir toy tutdu ki, qiyamətə qədər yadından çıxmaz...

 

Şuşa Azərbaycanın tarixi torpağı Qarabağın tacıdır. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

 

Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulubilk dövrlərdə şəhəri Şuşa ilə yanaşı, xanın şərəfinə “Pənahabad” adlandırırdılar. XVIII əsrdə Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilən Pənahabadın etnik və tarixi-memarlıq mənzərəsini müəyyən edən bütün karvansaralar (Uğurlu bəy, Hacı Əmiraslan, Hacı Abbas, Şeytanbazar karvansaraları və s.), şəhərdə olan 17 məscid, o cümlədən cümə məscidləri (İbrahimxəlil xan məscidi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi), hamamlar (Əbdülsəməd bəy hamamı, Uğurlu bəy hamamı, Qazi Mirzəli hamamı və s.), bulaqlar (Xan qızı bulağı, Şor bulağı və s.), qalalar (Xəzinə qalası, Əsgəran qalaları), məşhur saray və imarətlər (Pənahəli xan sarayı, Qaraböyük xanın sarayı, Kərim bəy Mehmandarovun imarəti, Zöhrabbəyovlar imarəti və s.) Azərbaycan xalqına məxsusdur və məhz onun tarixi keçmişidir.

 

Mirzə Yusif QarabağiTarixi-safi” adlı əsərində Şuşa şəhərində aşağıdakı məhəllələrin olduğunu bildirirdi: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusuflu, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.

 

Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış Molla Pənah Vaqif, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğluonlarla digər görkəmli mütəfəkkir Şuşa ədəbi mühitinin yetirmələridir.

 

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Azərbaycan musiqisinin beşiyi – “Qafqazın konservatoriyası” olan şəhər Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Xan Şuşinski, Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov kimi bir çox görkəmli musiqiçilərin vətənidir.

 

Şuşanın tarixi bir çox mənbələrdə öz əksini tapmışdır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” (1845), Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağın tarixi” (1847), Əhməd bəy CavanşirinQarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” (1841) əsərləri Qarabağ xanlığının, Şuşanın tarixini öyrənmək baxımından mühüm mənbələrdir.

 

***

 

Şuşa Azərbaycanın siyasi tarixində də əhəmiyyətli rol oynamışdır. Mühüm tarixi  hadisələrdən biriçar Rusiyası ilə Qarabağ xanlığı arasında 1805-ci ildə bağlanılmış Kürəkçay müqaviləsi haqqında Y.V.Çəmənzəminlinin “Qan içində” (“İki od arasında”) romanında bəhs olunur: “Sisyanîv Gəncəni alıb dağıtmış, Cavad xanı öldürmüş və əhalini belə süngüdən kåçirtmişdi... O, İbrahim xanı da rus himayəsinə girməyə çağırırdı. Mayîr Lisanåviç Şişəyə gəlib, danışdıqdan sînra İbrahim xan Gəncənin yanındakı Quraq çayın (Kürəkçay) qırağında Sisyanîvla görüşüb, yapılmış müqavilə (Kürəkçay müqaviləsi) måvcibincə rus himayəsinə girdi. Bunun əvəzində rus hökuməti Qarabağ xanlığına məxsus torpaqların xanda qalmasını və irsi olaraq övladlarına keçməsini təmin edir... Xanlığı müdafiə etmək üçün də Şişə qalasına beş yüz əsgər və artilleriya göndərir...”.

 

***

 

Şeytanın həsrətində olduğu Şuşada öz toyuna hazırlığı elə həmin dövrlərdən başlamışdı. 1828-ci ildə ikinci Rusiya-İran müharibəsinin yekunu olaraq bağlanan Türkmənçay müqaviləsinə əsasən, İrandan Qarabağa köçürülən ermənilər ilk vaxtlardan təxribata başlamışdılar. “Qan içində” romanında da bu barədə bəhs edilir: “Haradansa bir neçə il əvvəl Londondan gəlib Qarabağa çıxmış Yusif Əmin adlı bir årməni yada düşdü... Yusif Əmin, bilirsiniz, həmədanlı idi, gedib Londonda oxumuşdu, sînra Fitilburgə gəlir, mərdimazar əlinə keçir, öyrədib, yolundan edirlər. Deyirlər: gåt, årməniləri yığ, danış, ki, müsəlmanları qırsınlar, qîrxmasınlar. Biz köməyə gələcəyik. Î da gəldi. Dağıstanda, Tiflisdə və buralarda bir az dîlandı, erməni tacirlərindən pul yığmaq istədi. Üçkilsəyə gåtdi, bizim başsız patriarxdan xåyir-dua aldı... axırda gördü bir şåy çıxmayacaq, itilib getdi Hindistana... Yusif Əminin buraya şåytanət toxumu salmağa gəldiyini bilirdik. İrakli xanın da yanına gåtmişdi, üz göstərməmişdi. Xan bu məsələni mənə həvalə etmişdi. Özü ilə görüşdüm. Dådim, cəmi Azərbaycan xanlıqlarında ermənilərin sayı în min åv îla-îlmaya. Bu bir ovuc xalqdan padşahlıq çıxmaz. Özləri də alverçi və əkinçi tayfadır. Tərəkəmə kimi at belində qılınc îynada bilməz...”.

 

Şeytanın Şuşada ilk toyu 1905-ci ildə baş tutdu. Əbdürrəhim bəy Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” əsərində 1905-ci ilintoyunu belə təsvir edir: “Gecə saat în ikiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi. Ətrafda xarabalıqdan savay bir şey yîxdu. Səbəbini xəbər aldım. Məşədi Səttar gülüb dedi: - Burada şeytan özünə doqquz gün, doqquz gecə toy elədi. Şəhərin evlərindən məşəllər qayırmışdılar. Gecə-gündüz tüfəng səsləri kəsilmirdi. Hətta şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin içində tîp da atırdı. Tîy çîx şükuhlu keçdi. Camaatdan da çox qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən xata çıxmasa olmaz”.

 

Şeytanın Şuşada ikinci toyu 1920-ci ildə oldu. 1918-20-ci illərdə ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da, şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. 1921-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini sovet üsul-idarəsində özünə yer eləmiş ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox adlı-sanlı adamları, o cümlədən ziyalıları əhalinin gözü qarşısında güllələnmişdi.

 

Şeytan Şuşada özünə üçüncü toyu isə 1992-ci ildə etdi. Azərbaycan oğullarının qəhrəmancasına döyüşməsinə və layiqli müqavimət göstərməsinə baxmayaraq, təpədən dırnağadək silahlanmış erməni silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdilər. 20 minə yaxın azərbaycanlı əhali doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü.

 

Özgə torpağında özünə toy edən Şeytan azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini, müxtəlif mədəni-maarif müəssisələrini yerlə yeksan etdi. Şuşa Tarix Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, buradakı nadir sənət incilərini talayıb məhv etdilər. Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları da qarət edildi.

 

Şeytan toydan sonra şəhərin xarabalıqları üzərində özünə yuva qurmağa çalışsa da, yaxşı başa düşürdü ki, burada əbədi qalmaq ona müyəssər olmayacaq. Buna görə də o, quyruğunu qısaraq özünə dost, yoldaş axtarmağa başlamışdı. Lakin qonşuya ümidli olan şəxs şamsız qaldığı kimi, Şeytanın əzəl-axır qaranlıqda və tənha qalacağı yəqin idi...

 

Azərbaycan xalqının inamı, müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun gücü və qüdrəti Şeytanı öz qazdığı quyuya saldı. Rəşadətli Azərbaycan əsgəri qala-şəhərimizə bayrağımızı sancdı...

 

Cəmilə SƏMƏDOVA

Səbail rayon MKS-nin şöbə müdiri

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.7.