İtaliyada Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib
İtaliya-Azərbaycan Birliyinin təşəbbüsü ilə 9 Noyabr – Dövlət Bayraq Günü münasibətilə İtaliyanın Roma və Piza şəhərlərində tədbir keçirilib.
İtaliyada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada soydaşlarımıza fərəh hissi bəxş etdiyi vurğulanıb.
Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərin müşayiəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.
Tədbir
iştirakçıları işğalçı Ermənistan
ordusunun hərbi təxribatlarına, Azərbaycanın
dinc əhalisini atəşə
tutmasına, mülki obyektlərin
dağıdılmasına dair məlumatverici
lövhələr, plakatlar vasitəsilə
Qarabağ həqiqətlərini İtaliya cəmiyyətinin diqqətinə
çatdırmağa çalışıblar.
Mədəniyyət.- 2020.- 11
noyabr.- S.8.