Dövlət Bayrağı Gününə həsr olunmuş virtual sərgi

 

 

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən-əsrə, nəsildən-nəslə ərməğan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız ucadan-uca hesab edilib. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin şahidi, qələbə müjdəçisi sayılır.

 

Üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis edilib.

 

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “9 Noyabr – Dövlət Bayrağı Günü” adlı virtual sərgi hazırlanıb.

 

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycan bayrağı haqqında fikirləri, bayrağımızın tarixi, fotolar, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablardövri mətbuat səhifələrində dərc olunan materiallar əks olunub.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.4.