Sonsuz sevinc qürur hissi

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-  Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildir həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc qürur hissi yaşadıb.

 

Minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşıb.

 

Paytaxtımızın bir çox sakinləri ölkəmizin suverenliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına üz tutublar.

 

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinin sevincini yaşayan paytaxt sakinləri noyabrın 9-da – Dövlət Bayrağı Günündə Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar.

 

Əllərində Azərbaycan bayrağı tutan sakinlər bu sevinc qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq ifadə ediblər.

 

Sevinc qürur doğuran fotolardan seçmələri təqdim edirik.

 

Mədəniyyət.- 2020.- 11 noyabr.- S.5.