Bütün müsəlman aləmi üçün qürur
və fəxarət
Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir.
Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 10 noyabr tarixində keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Prezidentinə müraciətində vurğulanır.
Qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək ifadə ediblər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapıb: “İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və bizi hədsiz sevindirir”.
Müraciətdə bildirilir
ki, Azərbaycan rəhbərinin milli mədəni irsin
dirçəlişinə qayğı və himayəsi müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir:
”Siz illərdir ki, multikulturalizm və İslam həmrəyliyi kimi
insan həmrəyliyinə xidmət edən
qlobal ideyaların, dünyada
sülh və anlaşmaya
nail olunması yönündə mədəniyyətlər
və sivilizasiyalararası dialoq zəminində
beynəlxalq əməkdaşlığa dair
forumların, Dünya Dini
Liderlərinin sammitlərinin təşəbbüskarı,
habelə məşhur “Bakı Prosesi”nin müəllifi kimi
tanınırsınız. Dünya
ictimaiyyəti, o cümlədən İslam aləmi bunu
yüksək dəyərləndirir. Haqq işi uğrunda – dövlətin
ərazi bütövlüyünün bərpasında
Ali Baş Komandan olaraq
qazandığınız qələbələr dünyada beynəlxalq hüququn
təmininə xidmət edən nümunəvi tarixi
missiyadır. Bu qələbənin əldə
edilməsində şəhid olmuş qəhrəman
Azərbaycan oğullarına uca Allahdan rəhmət diləyir, yaralılara
şəfa arzulayırıq. Zati-alinizə Azərbaycan
xalqı və dövləti naminə fəaliyyətinizdə,
ərazi bütövlüyünün bərpası
istiqamətində yeni zəfər və
qələbələr, dünya
miqyasında dəyər kəsb edən səy və əməllərinizə
Allah-Təaladan uğurlar diləyirik”, –
deyə müraciətdə qeyd olunur.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.4.