“Sənətin izi ilə”
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxovun “Sənətin izi ilə” kitabı çapdan çıxıb.
Kitabda müəllifin XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı, mətbuatı, publisistikası, maarifi haqqında məqalələri, habelə teatr tarixinə dair yazıları yer alıb. Akademik İsa Həbibbəyli kitaba yazdığı “Ömrün və elmin izləri” adlı ön sözdə alimin milli teatr və mətbuat tarixi sahəsində apardığı araşdırmalara yüksək qiymət verib.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru Alxan Bayramoğlu və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadədir.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.7.