Pakistan XİN Azərbaycanı təbrik
edib
Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəslə bağlı açıqlama yayıb.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, açıqlamada deyilir: “Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib. Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni bir fürsət yaradır.
Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki
sabitlik və firavanlıq dövrünə,
məcburi köçkünlərin öz
dədə-baba torpaqlarına qayıtmasına yol
açacağına ümid edirik”.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.2.