Tarixi Qələbənin
yaratdığı milli ruh
yüksəkliyi yeni uğurlara
stimul olacaq
Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da qələbə ilə başa çatdı. Azərbaycan dövləti, xalqı və Ordusunun birliyi müharibə sınağı qarşısında sarsılmaz bünövrəyə çevrildi. Azərbaycanın bütün maddi və mənəvi resursları qələbəyə hədəfləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərin təcrübəsindən irəli gələn diplomatik istedadı, yenilməz Ordu yaratması qələbədə həlledici rol oynadı.
Bu fikirləri tarix elmləri doktoru, professor Kərim Şükürov
deyib. O bildirib
ki, Azərbaycan müharibə cəbhəsində
əldə etdiyi qələbələrlə
yanaşı, Ermənistanın işğal
dövründə barbarcasına dağıtdığı, maddi mədəni irsini talan etdiyi, ekoloji
fəlakət törətdiyi torpaqlarımızın idarəsi,
dəyən ziyanın hesablanması və bərpa işləri
ilə də bağlı çox əhəmiyyətli
planlar irəli sürüb.
Bu sahələr üzrə Prezidentin fərman və sərəncamları
ciddi tarixi perspektivdən
xəbər verir: “Sözsüz ki, bu Qələbə Azərbaycanın
dostlarını sevindirdiyi kimi,
müxtəlif miqyaslı anti-Azərbaycan qüvvələrə
də təsir edəcək. Əminəm ki,
xalqımız Azərbaycan Prezidentinin ətrafında
bir yumruq kimi birləşərək bütün
çətinliklərin öhdəsindən gələcək.
Azərbaycanın Ermənistan üzərində tarixi Qələbəsinin yaratdığı ümummilli ruh yüksəkliyi,
özünəinam pandemiya kimi ümumbəşəri bəlaya
qarşı birləşməyə və onun
üzərində də qələbəyə mühüm stimul olacaq”.
Mədəniyyət.- 2020.- 13
noyabr.- S.5.