İblisin səhnəyə qoyulmasının 100 illiyi münasibətilə elmi sessiya

 

 

Hüseyn Cavidin Ev-Muzeyinin təşkilatçılığı ilə  böyük şair-dramaturqunİblis” faciəsinin tamaşaya qoyulmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib.

 

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, elmi sessiyanın məqsədi “İblis” əsərinin səhnələşdirilməsinin yubileyini qeyd etməklə yanaşı, onun aktuallığını, müasir həyatla səsləşməsini bir daha diqqətə çatdırmaqdır.

 

Alim söyləyib ki, “İblisHüseyn Cavidin tamaşaya qoyulan ilk əsəridir. 1918-ci ildə qələmə alınan mənzum pyes ilk dəfə 1920-ci ildə 21 dekabrda Dövlət Teatrında səhnəyə qoyulubböyük müvəffəqiyyət qazanıb. Əsərin bəşəri mövzusu onun həmin illərdə təkcə Bakı və Naxçıvanda deyil, həm də Daşkənd, Tiflis, Batumidə də uğurla nümayiş olunmasına zəmin yaradıb. Mövzusu I Dünya müharibəsindən götürülmüş pyesin günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.

 

Muzeyin elmi katibi İlahə Novruzovaİblis” faciəsinin səhnə həyatından faktlara toxunaraq əsərin Abbas Mirzə Şərifzadə, Aleksandr İvanov, Aleksandr Tuqanov, Mirseyfəddin Kirmanşahlı, Əli Kənani, Mehdi Məmmədov kimi görkəmli teatr xadimləri və rejissorlar tərəfindən səhnələşdirildiyini qeyd edib. İblis rolunu Abbas Mirzə Şərifzadə, Nəriman İbrahimzadə, Hamlet Xanızadə kimi istedadlı aktyorların ifa etdiyi,  tamaşanın Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan son versiyasının Azərbaycan Televiziyasının  “qızıl fondunda saxlanıldığı diqqətə çatdırılıb.

 

Muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva və Fəridə Azadovaİblis” faciəsinin nəşr və tədqiq, tərcümə və təbliğinin tarixinə toxunublar.

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.6.