Ana Yasamızın 25 yaşı tamam oldu

 

 

Noyabrın 12-də dövlətimizin Əsas Qanunu – Ana Yasası, Azərbaycan Respublikasının Konstitusiyasının 25 yaşı tamam oldu.  1995-ci il noyabrın 12-də birinci çağırış Milli Məclisə seçkilərlə eyni gündə keçirilən ümumxalq referendumunda müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyanın mətni 1995-ci il noyabrın 27-də Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan olunub.

 

1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanununun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.

 

Yeni Konstitusiya Azərbaycanın hüquq müstəvisinə istiqrar aydınlıq gətirdi. Çünki 1995-ci ilədək bu sahədə qarışıqlıq vardı. Sovet dövründən qalan qanunvericilik bazası, 1991-ci il oktyabrın 18-də qəbul olunan keçid dövrü səciyyəsi daşıyanDövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”, daha sonra qəbul edilən konstitusion qanunlar, onlara edilmiş çoxsaylı əlavə düzəlişlər – 1995-ci ilədək Azərbaycan dövləti belə hüquqi qarışıqlıq atmosferində yaşamalı olmuşdu. O dövrdə baş verən dövlət çevrilişi cəhdləri nəticə etibarilə Azərbaycanda sabit olmayan dövlət idarəçiliyini konstitusion çərçivədən çıxarmağı hədəfləyirdi. 1995-ci ilin martında sonuncu qiyam cəhdinin yatırılması, Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoymaqla yanaşı, sabit dövlət quruculuğu prosesini dönməz etdi.

 

1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyasının mətnində demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət bölgüsü, insan haqlarına təminat s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri əksini tapmışdı. Eyni zamanda bu, Azərbaycanın müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunu oldu.

 

Məlum olduğu kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmamışdı. Sonrakı sovetlər dönəmində qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlər idi.

 

Yeri gəlmişkən, sovet dönəmində Azərbaycanda üst-üstə dörd dəfə Konstitusiya qəbul olunub. 1921-ci ildə sovet Azərbaycanın ilk Konstitusiyası 1-ci Ümumazərbaycan sovetlər qurultayında qəbul olunmuşdu. Həmin sənəddə sosialist Azərbaycanının suveren respublika olması, deklarativ şəkildə olsa, qeyd edilmişdi.

 

1925-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul olunanda respublikaZaqfederasiyadeyilən qurama birliyin subyekti idi. 1936-cı ildə SSRİ- Stalin Konstitusiyasının qəbulu ilə Zaqfederasiya ləğv olundu, müttəfiq respublikaların konstitusiyaları isə daha mürtəce şəkil aldı.

 

1937-ci ildə qəbul edilən Azərbaycan SSR-in sayca üçüncü Konsitusiyasında hər şey Moskvaya tabe olunmuşdu. Hətta Azərbaycan SSR- dövlət dilinin rus dili olduğu təsbitlənmişdi.

 

1978-ci ildə Azərbaycanda sovet dönəminin sonuncu Əsas Qanunu qəbul edildi. O vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin səyləri ilə həmin KonstitusiyadaAzərbaycan SSR-in dövlət dili Azərbaycan dilidirmüddəası əksini tapdı.

 

1991-ci ildə SSRİ-nin süqutu ilə qırmızı konstitusiya tarixi qapandı. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə qəbul edilənAzərbaycan Respublikasının dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktı keçid dövrü üçün müvəqqəti Əsas Qanun olaraq nəzərdə tutulmuşdu. Nəticədə bu keçid dövrü, qeyd etdiyimiz kimi, dörd il çəkdi.

 

Nəhayət, 1995-ci ilin 12 noyabrında Azərbaycanda ümumxalq referendumu ilə müstəqil dövlətçiliyin bütün parametrlərini özündə ehtiva edən Konstitusiya qəbul olundu. Beş bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. Əsas Qanunun təxminən üçdəbiri bu sahəni əhatə edir.

 

Lakin bu müddəaların Konstitusiyada təsbitlənməsi ilə bitmirdi, onları reallıqda təmin etmək lazım idi. 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib. Həmçinin 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları ilə Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquq sistemində, onun Konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruri olacaq...

 

Ötən 25 ildə ən böyük diləyimiz isə, təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində (“Ərazi”) təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipinin gerçəkdə öz əksini tapması idi.

 

Şükürlər olsun ki, artıq bu gerçəyin də təntənəsini yaşayırıq. Vətən müharibəsində qazandığımız tarixi zəfər sayəsində Ana Yasamızın müddəaları Azərbaycanın bütün ərazisində bərqərar olacaq.

 

Vüqar ORXAN

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.3.